Metyu Brayza: “Moskva Bəyannaməsinin imzalanması ATƏT-in Minsk Qrupunun bütün həmsədrlərinin səyləri nəticəsində mümkün olub” - EKSKLÜZİV
- Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin son görüşünü və onların imzaladığı Cənubi Qafqazda mühitin sağlamlaşdırılması haqqında bəyannaməni necə dəyərləndirirsiniz?
- Noyabrın 2-də bəyannamə imzalanması çox mühüm hadisədir. Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması çərçivəsində diskussiyaları aktivləşdirmək, bu prosesin ATƏT-in Minsk Qrupu kontekstində, o cümlədən bizim artıq 3 ildir üzərində işlədiyimiz baza prinsipləri əsasında davam etdirmək niyyətini təsdiqlədilər. Danışıqlar prosesində sürətli irəliləyişə nail olmaq üçün həmsədrlərə prezidentlərin bu dəstəyi lazım idi. Bundan başqa ATƏT-in Minsk Qrupunun həmsədrləri yalnız vasitəçilərdir, qərarları prezidentlər qəbul edir.
- Bu bəyannamə münaqişənin nizamlanması prosesinə necə təsir göstərəcək?
- Cənubi Qafqazda mühitin sağlamlaşdırılması haqqında bəyannamə pozitiv təkan olacaq. Mühüm fakt odur ki, bu sənəd hər iki prezidentin müsbət əhval-ruhiyyəsini əks etdirir, bunsuz isə danışıqların davamı mümkün deyil.
- Belə bir fikir mövcuddur ki, Moskva görüşündən sonra ABŞ münaqişənin nizamlanmasına dair danışıqlar prosesindən kənarda qalıb, Rusiya isə bu məsələdə təşəbbüsü öz üzərinə götürüb...
- ABŞ danışıqlarda irəliləyişlərə nail olmaq üçün ATƏT-in Minsk Qrupu və hər iki ölkənin liderləri ilə aktiv əməkdaşlığı davam etdirir. Bizim səylərimiz bəzən o qədər də nəzərə çarpmır, bəzən isə daha çox gözə görünür. Ötən həftə Rusiya daha gözəçarpan yolla getməyə, öz səylərini nəzərə çarpdırmağa qərar verdi və bəyannaməni hazırlamağa kömək etdi. Lakin bu nəticə həm də ATƏT-in Minsk Qrupunun bütün həmsədrlərinin səyləri nəticəsində mümkün olub.
- Hazırda həmsədrlərin əlində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair konkret plan varmı?
- Əlbəttə ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair konsepsiya hazırlayıblar. Bu konsepsiyanın baza prinsipləri, bizim “Madrid təklifləri” adlandırdığımız prinsiplər ATƏT-in Madrid sammitində müəyyənləşdirilib. Yadda saxlamaq lazımdır ki, Madrid təklifləri yalnız əsas prinsipləri nəzərdə tutur və hər iki ölkənin prezidentləri bu prinsiplərə əlavə edə və dəyişdirə bilər.
- ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşünün tarixi və yeri məlumdurmu?
- Həmsədrlər hər iki ölkənin rəhbərləri ilə görüşmək və dekabrın əvvəllərində ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı çərçivəsində XİN başçılarının görüşünü hazırlamaq məqsədilə yaxın günlərdə regiona səfər edəcəklər. Ümidvarıq ki, bu görüşlər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili üçün tərəflərə yardımçı ola biləcəyik.
- Həmsədrlərin ATƏT sədri Aleksandr Stubbla görüşü və atılacaq növbəti addımları müzakirə etməsi nəzərdə tutulurmu?
- Biz ATƏT-in hazırkı sədri ilə mütəmadi məsləhətləşmələr aparırıq və yaxın gələcəkdə növbəti məsləhətləşmələr planlaşdırırıq. ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubbla müxtəlif məsələlər üzrə məsləhətləşmələr aparmaq şərəfi mənə nail olub. Deməliyəm ki, o, ATƏT sədri postunda özünü çox yaxşı göstərib.
Xarici siyasət
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
Xəbər Lenti
Uitkoff: İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
ABŞ Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edib
Ağdamda avtomobil 4 piyadanı vurub
Makron ABŞ-İsrail-İran müharibəsinin bitmədiyinə inandığını deyib
Tramp: ABŞ İsrail, Livan və “Hizbullah” arasında atəşkəs gözləyir
Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
Astarada avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşılıb
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
ABŞ ordusu: İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokada qaldırılıb
ABŞ İranla razılaşmaya uzaqmənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir
Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
ABŞ-ın Vitse-prezidenti: İranla saziş üzrə 60 günlük müddət bu gün başlayır
FHN geyiminin zəncirbəndi göz qapağına ilişən qadına köməklik göstərib - VİDEO
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb, İran heç bir tankerə atəş açmayıb
"Tasnim": İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilir - FOTO
DÇ-26: İsveçrə qələbə axtarışında
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-4 - FOTO
Zaxarova: NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək
Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq
Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələyib
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
Naftalan turizminin inkişafında mühüm addım - TABIA Group və FlyKhiva arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Dünya Bankı: Böhranlar artıq istisna deyil, normaya çevrilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
"Real" heyətini yeni futbolçu ilə gücləndirib
Nazir: Yəmənin dövlət gəlirləri 70% azalıb
Eyvaz Cəfərli: Azərbaycanda təkaful sistemi İslam maliyyəsinin inkişafına töhfə verəcək
Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik edib
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
Azərbaycanda ilk dəfə İslam Sığortası (Takaful) Ekosistemi fəaliyyətə başlayır - FOTO
Bakıda hipermarketə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib