Bank Of Baku

Xarici İşlər Nazirliyinin Naxçıvandakı nümayəndəliyinin rəsmi internet səhifəsi yaradılıb

Xarici İşlər Nazirliyinin Naxçıvandakı nümayəndəliyinin rəsmi internet səhifəsi  yaradılıb
# 04 noyabr 2008 09:14 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəsmi İnternet səhifəsi fəaliyyətə başlayıb. İdarənin mətbuat və informasiya məsələləri üzrə attaşesi Nadir Cəfərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yeni sayt www.dmfa.nakhchivan.az domen adı altında fəaliyyət göstərəcək. Azərbaycan və ingilis dillərində təqdim olunan saytın istifadəyə verilməsi istifadəçilərin muxtar respublika və onun xarici əlaqələri haqqında hərtərəfli məlumat almalarına imkan verəcək.
N. Cəfərov onu da bildirib ki, mətbuat və informasiya xidməti çərçivəsində xəbərlər, brifinqlər, mətbuat konfransları, müsahibələr, çıxışlar, elanlar və digər rubrikalar altında saytda geniş və yenilənmiş informasiya bazası təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR