Bank Of Baku

Edvard Nalbandyan: “Dağlıq Qarabağ probleminə dair danışıqların aktivləşməsi münaqişənin nizamlanmasının qapısını açmış olacaq”

Edvard Nalbandyan: “Dağlıq Qarabağ probleminə dair danışıqların aktivləşməsi münaqişənin nizamlanmasının qapısını açmış olacaq”
# 04 noyabr 2008 09:42 (UTC +04:00)
Paris-APA. “Ümidvaram ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskva görüşündən sonra Dağlıq Qarabağ probleminə dair danışıqların aktivləşməsi münaqişənin nizamlanmasının qapısını açmış olacaq”. APA-nın məlumatına görə, bu fikirləri Parisdə jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib: “Bu təşəbbüs danışıqların aktivləşdirilməsi nöqteyi-nəzərindən yeni mərhələnin başlaması üçün mühüm əhəmiyyət kəsb edir. Moskva Bəyannaməsi imzalandıqdan sonra bizim ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşümüz oldu və görüş məzmunlu və konstruktiv xarakterdə keçdi. Həmsədrlər danışıqlar prosesini aktivləşdirmək üçün yaxın günlərdə regiona səfər etmək niyyətindədir”. Edvard Nalbandyanın sözlərinə görə, Ermənistan prezidenti Serj Sərkisyan fransız həmkarı Nikola Sarkozi ilə görüşdə Mayndorfda keçirilən üçtərəfli görüşün nəticələrini də müzakirə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR