Bank Of Baku

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ separatçılarının danışıqlardan kənarda saxlanılması Azərbaycan prezidentinin uğurudur”

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ separatçılarının danışıqlardan kənarda saxlanılması Azərbaycan prezidentinin uğurudur”
# 04 noyabr 2008 10:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi ötən ay Azərbaycanda, regionda və dünyada baş verən mühüm hadisələrlə bağlı analitik icmalını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında əsas diqqəti Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü və imzalanmış birgə Bəyannaməyə yönəldib. O bildirib ki, Bəyannamənin imzalanmasından sonra Ermənistan mediası bunu Ermənistanın üstünlüyü kimi təqdim etməyə başlayıb: “Əslində isə bu sənəddə Ermənistanın xeyrinə heç bir müddəa yoxdur. Sənədə iki dövlətin – Azərbaycan və Ermənistanın imza atması və Dağlıq Qarabağ separatçılarının yenə kənarda saxlanılması Azərbaycan prezidentinin şəxsi səyi nəticəsində əldə olunmuş uğurdur”.

M. Əhmədoğlu ötən ay müddətində Rusiyanın Cənubi Qafqaz siyasətində dəyişiklik müşahidə olunduğunu da söyləyib. Onun fikrincə, Rusiya dağıdıcı fəaliyyətindən əl çəkməyib, sadəcə, bu siyasətinin istiqamətini dəyişib. Politoloq hesab edir ki, Rusiya bundan sonrakı mərhələdə Cənubi Qafqazda sabitlik yaratmağa çalışacaq, Ukrayna və Moldovada isə dağıdıcı fəaliyyətlə məşğul olacaq.

Aylıq hesabatda həmçinin Azərbaycanda keçirilmiş prezident seçkiləri, ABŞ dövlət katibi Kondoliza Raysın Qazaxıstana səfəri, Ermənistan-Türkiyə münasibətləri, Rusiya prezidentinin Ermənistana səfəri və digər məsələlər də ətraflı təhlil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR