Bank Of Baku

Azərbaycan prezidenti Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransının Bakda keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransının Bakda keçirilməsi haqqında sərəncam imzalayıb
# 04 noyabr 2008 15:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransının Bakda keçirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, konfrans Azərbaycan paytaxtında 2008-ci il dekabrın 1-4-də keçiriləcək.

Konfransın hazırlanması və keçirilməsini təmin etmək məqsədi ilə baş nazir Artur Rasizadənin sədrliyi ilə Təşkilat Komitəsi də yaradılıb.

Təşkilat Komitəsi konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlamalı və onun yerinə yetirilməsini təmin etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR