Bank Of Baku

Səfir Fəxrəddin Qurbanov Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti ilə görüşüb

Səfir Fəxrəddin Qurbanov Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti ilə görüşüb
# 05 noyabr 2008 07:22 (UTC +04:00)
London-APA. Azərbaycanın Böyük Britaniyada səfiri Fəxrəddin Qurbanov Avropa Yenidənqurma və İnkişaf Banknın yeni təyin olunmuş prezidenti Tomas Mirov ilə görüşüb. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Səfir ilk öncə ölkəmizdə gedən siyasi və iqtisadi proseslər haqda söhbət açıb və həyata keçirilən layihələr barəsində məlumat verib. O, daha sonra AYİB-in ölkəmizdə həyata keçirdiyi layihələrə toxunub və bu layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb., Səfir hazırda ölkə iqtisadiyyatının diversifikasiyasına xüsusi diqqət yetirildiyini və Bankın da bu kimi layihələrə gələcəkdə xüsusi önəm verməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb. O, həmçinin ölkənin ayrı-ayrı regionlarının inkişafında Bank tərəfindən müəyyən layihələrin həyata keçirilməsinin arzuolunan olduğunu ifadə edib.

AYİB prezidenti Mirov da öz nöbvəsində Bankın Azərbaycanda uzun zamandan bəri həyata keçirdiyi investisiya strategiyası ilə bağlı məlumat verib və faydalı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bankın prezidenti eyni zamanda qeyd edib ki, hazırda ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələrində AYİB yaxından iştirak edir və yaxın gələcəkdə bu iştirakın daha da genişləndirilməsi nəzərdə tutulur. AYİB-in Azərbaycanla bağlı strategiyasının uğurla həyata keçirildiyi və əldə olunan nəticələrin gələcəkdə əməkdaşlığın dərinləşməsinə əlverişli zəmin yaratdığı qeyd edilib. Görüşdə arşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR