Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb
# 05 noyabr 2008 09:15 (UTC +04:00)
APA-nın “AzərTAC” dövlət agentliyinə istinadən yaydığı məlumata görə, səfər Türkiyə prezidenti Abdullah Gülün dəvəti ilə gerçəkləşir. Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Esenboğa hava limanında prezident İlham Əliyevi Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər, Ankara valisi Kamal Önal və digər rəsmi şəxslər qarşılayıblar. Prezidentin şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onlar üçün ayrılmış iqamətgaha yola düşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR