Bank Of Baku

Ann Dersi: “ABŞ-Azərbaycan tərəfdaşlığı bundan sonra da davam edəcək”

Ann Dersi: “ABŞ-Azərbaycan tərəfdaşlığı bundan sonra da davam edəcək”
# 05 noyabr 2008 09:22 (UTC +04:00)
Obamanın sözlərini təkrar etmək istəyirəm: “Bu seçkilər çox böyük tarixi əhəmiyyətə malikdir. İndiki seçkilər Amerikanın bilavasitə bərabərlik, eyni imkanlar, tükənməz ümid mənbəyi mənasını daşıyan dövlət olduğunu yenidən nümayiş etdirdi””. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ölkəsində keçirilmiş prezident seçkilərinə münasibət bildirərkən deyib. Səfir çox böyük gücə, qüdrətə malik iki namizədin mübarizə apardığını, aylarla davam edən mübarizə və diskussiyalar zamanı onların xalq qarşısında fikirlərini, ideyalarını çatdırdıqlarını və xalqın öz seçimini etdiyini bildirib: “Amerika bundan sonra da dünyada öz güclü mövqeyi ilə irəliləməyə davam etdirəcək. Bu bizim demokratiyanın əyani təzahürüdür”.

Xanım diplomat ölkəsinin yürütdüyü siyasətin sülh, azadlıq, sabitlik və tərəqqinin inkişafına yönəldiyini, bundan sonra da belə olacağını vurğulayıb: “Üslub yeni seçilmiş prezident və onun müşavirləri tərəfindən müəyyən ediləcək, məqsədlər isə eyni olaraq qalacaq. Düşünürəm ki, Azərbaycana, ümumiyyətlə Qafqaza, yönələn diqqət davam edəcək. ABŞ və Azərbaycan arasında geniş səpkidə əməkdaşlıq və tərəfdaşlıq mövcuddur, ölkələrimiz arasında çox dərin və çox mühüm maraq və münasibətlər var. Düşünürəm ki, iqtisadi, enerji, təhlükəsizlik, demokratiya və azadlığın inkişafı sahəsində tərəfdaşlıq bundan sonra da davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR