Bank Of Baku

Terri Devidson: “ABŞ-ın Azərbaycanla bağlı siyasətində kəskin dəyişiklik olacağını düşünmürəm”

Terri Devidson: “ABŞ-ın Azərbaycanla bağlı siyasətində kəskin dəyişiklik olacağını düşünmürəm”
# 05 noyabr 2008 09:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “ABŞ-ın Azərbaycanla bağlı siyasətində kəskin dəyişiklik olacağını düşünmürəm. Amerikanın ənənələrinə uyğun olaraq xarici siyasətdə öz mövqelərimizi, xüsusilə qərəzsiz yanaşmalarımızı qoruyacağıq”. Bu sözləri APA-nın sualına cavabında ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib. O, Barak Obamanın administrasiyasının hələ formalaşmadığını və yeni hökumətin adından danışa bilməyəcəyini bildirib: “Lakin buna baxmayaraq, biz səfirlik olaraq ikitərəfli münasibətlərin inkişafına səy göstərəcəyik. Senator Obama Bakını tanıyır. O, iki il əvvəl senator Luqar ilə birlikdə Azərbaycana səfər etmişdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR