Bank Of Baku

ABŞ səfiri: “Xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılması ilə bağlı məsələ bizi narahat edir”

ABŞ səfiri: “Xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılması ilə bağlı məsələ bizi narahat edir”
# 05 noyabr 2008 09:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılması ilə bağlı məsələ bizi məyus və narahat edir”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. Səfir Amerikanın bu məsələ ilə bağlı Azərbaycanla işləmək niyyətini izhar etdiyini xatırladıb: “Biz iki ölkə arasında əməkdaşlıqdan danışarkən mövcud olan güclü demokratik təsisatların inkişafını da buraya aid edirik. Bu demokratik təsisatlar arasında isə güclü, peşəkar, obyektiv fəaliyyət göstərən media ilk sırada dayanır. Düşünürəm ki, qeyd etdiyim məsələlər həm bizim, həm də Azərbaycan hökumətində işləyən həmkarlarımızın məqsədləridir. Gələcəkdə bu məsələlərlə bağlı azərbaycanlı həmkarlarımla dialoqu davam etdirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR