Bank Of Baku

BMT-nin baş katibi müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin məhvinin qarşısının alınması üzrə Beynəlxalq Gün münasibəti ilə müraciət edib

BMT-nin baş katibi müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin məhvinin qarşısının alınması üzrə Beynəlxalq Gün münasibəti ilə müraciət edib
# 05 noyabr 2008 09:51 (UTC +04:00)
Bakı-APA. BMT-nin baş katibi Pan Ki Mun 6 noyabr Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin məhvinin qarşısının alınması üzrə Beynəlxalq Gün münasibəti ilə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, BMT bütün dünyada – Balkanlardan Əfqanıstana, Livandan Sudana qədər olan münaqişələrin ekoloji nəticələrini öyrənməkdədir: “Biz, ətraf mühitin korlanmasının və bu sahədə olan institutların dağılmasının insanların sağlamlıq, yaşayış və təhlükəsizliyinə hədə yaratdığının şahidi olmuşuq. Bu risk həmdə münaqişədən sonrakı cəmiyyətdə onsuzda həssas olan sülhün və inkişafın yaradılmasına ciddi təhlükə ola bilər”. Baş katib beynəlxalq günlə bağlı münaqişə zamanı və onun sülhün əldə edilməsi üçün bir mərhələ kimi ətraf mühitin qorunmasına olan öhdəliyi bir daha yada salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR