Bank Of Baku

Dmitri Medvedyev: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək”

Dmitri Medvedyev: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək”
# 05 noyabr 2008 12:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya qonşu regionlarda gərginlik mənbələrinin aradan qaldırılması, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlaması üçün səylərini davam etdirəcək. APA-nın məlumatına görə, bu barədə bu gün Rusiya prezidenti Dmitri Medvedyev Federal Şuraya ünvanladığı müraciətində deyib.

“Mövcud formata hörmət edərək, Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasına yardım edəcək, tərəfləri qane edəcək razılaşma əldə olunması üçün bütün maraqlı tərəflərlə əməkdaşlığı davam etdirəcəyik”, - deyə D. Medvedyev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR