Bank Of Baku

Serj Sarkisyana sui-qəsd hazırlandığına dair xəbərlər yayılıb

Serj Sarkisyana sui-qəsd hazırlandığına dair xəbərlər yayılıb
# 05 noyabr 2008 15:39 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov – APA. Ermənistan Milli Təhlükəsizlik Xidməti prezident Serj Sarkisyana sui-qəsd hazırlandığına dair müxalifyönümlü “Aykakan Jamanak” qəzetində dərc olunmuş yazını araşdırır. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, “Dövlət xadiminə sui-qəsd hazırlığı” maddəsi ilə cinayət işi qaldıran Milli Təhlükəsizlik Xidməti məqalənin müəllifi Lusine Barseqyanı ifadə verməyə çağırıb. L. Barseqyan Qarabağ müharibəsi veteranı, hazırda Fransada yaşayan Sarkis Apsanyana istinadən prezident təyyarəsinin partladılması da daxil olmaqla, bir neçə sui-qəsd ssenarisinin hazırlandığını yazıb. S. Apsinyan bu məlumatı Avropa ölkələrinin birinin hərbi akademiyasında dərs deyən tanışından aldığını bildirib. O, sui-qəsddə sabiq prezident Robert Köçəryanın, həmçinin hökumətdə təmsil olunan Daşnaksutyun Partiyasının maraqlı olduğunu deyib. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərin qəti əleyhinə olan qüvvələr də S. Sarkisyanın öldürülməsinə tərəfdardır.

Xatırladaq ki, Qarabağ müharibəsi veteranı Jirayr Sefilyan Azərbaycana ərazi güzəştlərinin əleyhinə olan siyasi qüvvələrin ittifaqını yaratdığını açıqlayıb. Daşnaksutyun isə hakimiyyətin “Qarabağın maraqları”nı qulaqardına vuracağı təqdirdə, hökumət koalisiyasından çıxacağını elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR