Bank Of Baku

Azərbaycan prezidenti xəstəxanada müalicə olunan professor İhsan Doğramacıya baş çəkib

Azərbaycan prezidenti xəstəxanada müalicə olunan professor İhsan Doğramacıya baş çəkib
# 05 noyabr 2008 17:01 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Hacettepe Universitetinin xəstəxanasında müalicə olunan Bilkent Universitetinin İdarə Heyətinin rəhbəri, professor İhsan Doğramacıya baş çəkib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, İlham Əliyev və xanımı Mehriban Əliyevanı xəstəxanada Bilkent Universitetinin rektoru, professor Ali Doğramacı və Hacettepe Universitetinin rektoru Uğur Erdener qarşılayıb. Yarım saat davam edən ziyarətin ardından U. Erdener ürəyində damar daralması yaranan E. Doğramacıya bununla bağlı stend qoyulduğunu bildirib.

Rektor İ. Doğramacının səhhətinin normallaşdığını, hər hansı problemin olmadığını, sabah xəstəxanadan çıxarılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR