Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamaya təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamaya təbrik məktubu göndərib
# 05 noyabr 2008 21:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, təbrikdə Barak Obama Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edilib: “Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının şəxsən Sizə, tutduğunuz siyasi xəttə böyük inam və etimadının aşkar sübutudur.

Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər böyük təkamül yolu keçmiş, dostluq və əməkdaşlığımız hazırkı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Bu gün bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindən biridir.

Biz xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının səylərini alqışlayır, münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə öz həllini tapacağına, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə böyük ümidlər bəsləyirik.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”.

Prezident təbrik məktubunun sonunda bir daha Barak Obamanı təbrik edərək, ona cansağlığı, səadət, dost Amerika xalqının rifahı naminə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR