Bank Of Baku

Türkiyə XİN Moskva Bəyannaməsi ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Moskva Bəyannaməsi ilə bağlı bəyanat yayıb
# 06 noyabr 2008 08:43 (UTC +04:00)
APA-nın məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin birbaşa dialoq yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağının vurğulanması və danışıqlar prosesinin fəallaşdırılmasına qərar verilməsi Ankarada məmnuniyyətlə qarşılanıb: “Gürcüstanda avqust ayında baş verən hadisələrdən sonra ölkəmizin Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü irəli sürməsi birbaşa münaqişələrlə bağlı olmasa da, Cənubi Qafqazdakı bütün ixtilafların qarşılıqlı inam və regional siyasi dialoqun qurulması yolu ilə, dinc üsullarla həlli üçün zəruri şərtləri yaratmağı nəzərdə tutur. Bölgə ölkələri arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın qurulması Moskva Bəyannaməsinin tərəflər arasında etimadın yaradılmasına dair müddəasının həyata keçirilməsinə də xidmət edəcək”.

Açıqlamada ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin bölgədə sülh və sabitliyi təhlükə törədən Dağlıq Qarabağ probleminin həlli üçün bundan sonra da tərəflərlə çalışacağı və Minsk Qrupunun səylərinə dəstək verəcəyi bəyan edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR