Bank Of Baku

Havyer Solana: “Moskva Bəyannaməsinin imzalanmasını alqışlayıram”

Havyer Solana: “Moskva Bəyannaməsinin imzalanmasını alqışlayıram”
# 06 noyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bəyannamənin imzalanmasını alqışlayıb. APA-nın məlumatına görə, ali komissar bunu Ermənistan prezidenti Serj Sərkisyanla görüşündə deyib. O xatırladıb ki, Aİ bu münaqişənin nizamlanma prosesinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll olunmasının hər zaman tərəfdarı olub. Ali komissar həmçinin qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqazda böhranın aradan qaldırılmasını istəməsi, bu regionun birləşmiş Avropa üçün çox vacib olduğuna sübutdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR