Bank Of Baku

Belçika parlamenti “İrandakı qeyri-fars millətlərinin insan haqları” mövzusunda müzakirələr aparacaq

Belçika parlamenti “İrandakı qeyri-fars millətlərinin insan haqları” mövzusunda müzakirələr aparacaq
# 06 noyabr 2008 13:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Belçika parlamentinin noyabrın 17-də keçiriləcək toplantısında “İrandakı qeyri-fars millətlərinin insan haqları” mövzusunda müzakirələr aparılacaq. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda İranda təqib və təzyiqlərinə məruz qalan qeyri-fars millətlərin nümayəndələri də iştirak edəcək. Onlar İranda insan haqları ilə bağlı məlumatlar verəcəklər. Azərbaycan türklərini isə iclasda Belçikada yaşayan diaspora nümayəndəsi Ziya Sədrüləşraf təmsil edəcək. Z. Sədrüləşraf İranda öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı həyata keçirilən təzyiq, assimilyasiya siyasəti və Güney Azərbaycandakı son vəziyyətlə bağlı məruzə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR