Bank Of Baku

Baş konsul Elin Süleymanov Kamariyo Beynəlxalq Əlaqələr Mərkəzində və Kaliforniya Dövlət Universitetində çıxış edib - FOTO

Baş konsul Elin Süleymanov Kamariyo Beynəlxalq Əlaqələr Mərkəzində və Kaliforniya Dövlət Universitetində çıxış edib - <font color=red>FOTO</font>
# 06 noyabr 2008 14:40 (UTC +04:00)
Los-Anceles. Hüsniyyə Həsənova-APA. Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov Kaliforniya ştatının Kamariyo şəhərinin Beynəlxalq Əlaqələr Mərkəzində çıxış edib. APA-nın ABŞ bürosunun məlumatına görə, Elin Süleymanov iştirakçılara Cənubi Qafqaz regionu və xüsusilə Azərbaycanda baş verən hadisələr barədə ətraflı məlumat verib, ABŞ-ın Qərb ştatlarında yaşayan amerikalıları son zamanlar maraqlandıran məsələ - Rusiyanın region ölkələri ilə münasibətlərinə toxunub. Çıxış zamanı region ölkələri arasındakı əməkdaşlıq barədə söhbət aparılıb.

Həmin günü baş konsul Elin Süleymanov Kamariyo şəhərində yerləşən Kaliforniya Dövlət Universitetinin müəllim heyəti və tələbələri ilə görüş keçirib, onların qarşısında Cənubi Qafqaz regionu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi mövzusunda çıxış edib. Baş konsul regionda neft və qaz boru kəmərləri barədə ətraflı məlumat təqdim edib, Azərbaycanın enerji daşıyıcılarının Avropaya ixrac edilməsinin vacibliyini önə çəkib. Söhbət əsnasında həmçinin Azərbaycan mədəniyyəti və ölkəmizdəki tolerantlıq barədə geniş təqdimat olunub. Baş konsulu səfərdə konsul ElmanAbdullayev müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR