Bank Of Baku

Azərbaycan prezidenti ABŞ-ın energetika nazirini qəbul edib

Azərbaycan prezidenti ABŞ-ın energetika nazirini qəbul edib
# 12 noyabr 2008 16:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də ABŞ-ın energetika naziri Samuel Bodmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurla inkişaf etdiyi bildirilib. Qlobal enerji layihələrinin həyata keçirilməsində Azərbaycanla ABŞ arasında əməkdaşlığın önəmi vurğulanıb və bu sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Bakıda keçiriləcək enerji sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət etdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR