Bank Of Baku

Azərbaycan paytaxtında keçirilən IV Enerji Sammiti başa çatıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında keçirilən IV Enerji Sammiti başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 14 noyabr 2008 12:30 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev sammitdə yekun nitqi söyləyib. Dövlət başçısının sözlərinə görə, Bakı sammiti iştirakçı dövlətlərin gələcəkdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atılacaq addımları müəyyənləşdirib: “Sammitin nəticələri nəzərdə tutulan layihələrin həyata keçməsinə kömək edəcək. “Nabucco”, “Odessa- Brodi” kimi böyük layihələrin reallaşması mühümdür. Burada əsas məqam odur ki, bu layihələrin mənbəyi Xəzər dənizi və Azərbaycandır. Bizim böyük ehtiyatlarımız var, ancaq yeni resurslar da tapılmalıdır. Xəzər dənizində həyata keçirilən layihələr əməkdaşlıq üçün açıqdır. İstənilən ölkə bu layihələrdə iştirak edə bilər”.

İ. Əliyev bildirib ki, sammitin yekunlarına dair Bəyannamə qəbul olunacaq. Sənədi 9 ölkə və Avropa Komissiyası imzalayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR