Bank Of Baku

Ermənistanın xarici işlər naziri noyabrın 24-də Türkiyəyə səfər edəcək

Ermənistanın xarici işlər naziri noyabrın 24-də Türkiyəyə səfər edəcək
# 14 noyabr 2008 13:04 (UTC +04:00)
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, E. Nalbandyanın səfəri katibliyi İstanbulda yerləşən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyin Ermənistana keçməsi ilə əlaqədar olsa da, onun türkiyəli həmkarı Əli Babacanla görüşündə ciddi məsələlər müzakirə olunacaq. Belə ki, görüşdə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr qurulması, iki ölkə prezidentinin növbəti görüşünün təşkili, Dağlıq Qarabağ münaqişəsinin həlli və uydurma “erməni soyqırımı” məsələləri diqqət mərkəzində olacaq. E. Nalbandyanın gəlişindən əvvəl isə Türkiyənin xarici işlər naziri Azərbaycana səfər etmək niyyətindədir. Hələlik səfərin vaxtı dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR