Bank Of Baku

Səməd Seyidov AŞ PA komitələrinin iclasında iştirak etmək üçün gələn həftə Parisə gedəcək

Səməd Seyidov AŞ PA komitələrinin iclasında iştirak etmək üçün gələn həftə Parisə gedəcək
# 14 noyabr 2008 13:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov noyabrın 17-də Fransaya yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Seyidov AŞPA-nın Siyasi İşlər və Monitorinq Komitələrinin Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcək. Tədbirdə Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri, Avropa Qonşuluq Siyasəti, Gürcüstan, Kosovo, Ukrayna, Yaxın Şərqdə vəziyyət və digər məsələlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR