Bank Of Baku

Mehmet Əli Tələt: “Beynəlxalq siyasi konyuktur Azərbaycanla Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin inkişafına imkan vermir”

Mehmet Əli Tələt: “Beynəlxalq siyasi konyuktur Azərbaycanla Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin inkişafına imkan vermir”
# 14 noyabr 2008 15:39 (UTC +04:00)
Lefkoşa. Məhbubə Qasımbəyli - APA. Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt cümhuriyyətin elan olunmasının 25-ci ildönümü münasibətilə mətbuat konfransı keçirib. APA-nın Kipr Türk Cümhuriyyətində olan əməkdaşının xəbərinə görə, M. Ə. Tələt bildirib ki, cümhuriyyət 25 il əvvəl elan olunsa da, türklər uzun zamandan bəri bu torpaqlarda yaşayır. O, Kipr probleminin həlli ilə bağlı 2004-2008-ci illərdə aparılan danışıqların nəticəsiz qalmasının səbəbkarının yunanlar olduğunu deyib. Prezident yunan tərəfinin Annan planını qəbul etmədiyini, bu səbəbdən danışıqlara sıfırdan başladıqlarını söyləyib. M. Ə. Tələtin fikrincə, problemin həllinə dair ən ciddi sənəd BMT-nin sabiq baş katibi tərəfindən hazırlanan plandır və başqası yoxdur. Hazırda iki tərəfin federativ dövlət modeli ilə bağlı müzakirə apardığını qeyd edən M. Ə. Tələtin sözlərinə görə, türk tərəfi parlament sisteminə yaxın bir sistem (İsveçrə modeli) istədiyi halda, qarşı tərəf prezident üsul-idarəsinin tərəfdarıdır. O, bəzi məqamlarla bağlı tərəflər arasında müəyyən yaxınlaşma olduğunu, yaxın gələcəkdə Avropa Birliyi ilə münasibətlər, torpaq, iqtisadiyyat, mülkiyyət mövzularında müzakirələr aparacaqlarını açıqlayıb. M. Ə. Tələt onu da əlavə edib ki, yunan Kipri Avropa Birliyinə üzv olduqdan sonra bu qurum yunanların təsiri ilə Kipr türklərindən uzaqlaşmağa başlayıb.

APA-nın əməkdaşının sualını da cavablandıran prezident Azərbaycanla dost olduqlarını, lakin beynəlxalq siyasi konyukturun münasibətlərin daha da inkişafına imkan vermədiyini vurğulayıb: “Amma Azərbaycan Türkiyədən sonra bizi dəstəkləyən ölkələr arasında önəmli yer tutur”. Azərbaycanın Dağlıq Qarabağ kimi ciddi problemi olduğuna diqqət çəkən M. Ə. Tələt bildirib ki, Avropa Birliyi Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlər qurmaması üçün Azərbaycana təzyiq göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR