Bank Of Baku

Xarici işlər naziri: “Rumıniya Dağlıq Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyir”

Xarici işlər naziri: “Rumıniya Dağlıq Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyir”
# 14 noyabr 2008 17:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri Lazer Komanesku ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini və beynəlxalq əhəmiyyət kəsb edən əksər məsələlərdə Azərbaycan və Rumıniyanın eyni mövqe nümayiş etdirməsini, 40-dan artıq ikitərəfli sənədin imzalanmasını vurğulayan tərəflər, siyasi, iqtisadi səviyyədə, regional miqyasda da mövcud əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Xüsusilə, Qara dəniz-Xəzər dənizi regionları arasında və QDİƏT daxilində tərəfdaşlıq, Avropaya inteqrasiya sahəsində təcrübə mübadiləsi vacib hesab olunub.

Bakıda enerji sammitində iştirakından məmnunluğunu və tədbirin təşkilini yüksək qiymətləndirən qonaq ölkəsinin Azərbaycanı vacib tərəfdaş və sabit enerji təchizatçısı kimi dəyərləndirdiyini diqqətə çatdırıb. Qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi, biznes dairələri arasında təmasların genişləndirilməsinin vacibliyini vurğulayaraq, qarşılıqlı olaraq vətəndaşların rahat gediş-gəlişi üçün viza rejiminin asanlaşdırılması üzərində işlərin aparılmasının əhəmiyyətini bildirib.

L. Komanesku, həmçinin Rumıniyanın istənilən münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla regionda mövcud “dondurulmuş münaqişələr”in yalnız ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

E. Məmmədyarov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib və Avropa İttifaqının regiondakı münaqişələrə yanaşmasında ikili standartlardan çəkilməsinin vacibliyini vurğulayaraq, Rumıniyanın bu istiqamətdə səylərinə ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR