Bakı Enerji Sammitinin Bəyannaməsi
1. Enerji resurslarının hasilatçı ölkələri, tranzit ölkələri, istehlakçı ölkələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, regional investisiya enerji layihələrinin həyata keçirilməsi üçün zəruri əlverişli şərait yaradılmasına tərəfdar olduğumuzu təsdiq edirik.
2. Xəzər hövzəsindən neft və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsinə yönəlmiş siyasətin davam etdirilməsini vacib hesab edirik.
3. İştirakçı dövlətlərin tələbatını daha tam təmin etməkdən ötrü Azərbaycanın təbii qazının regional və Avropa bazarlarına nəqli və tranziti üçün çoxvektorlu infrastrukturun yaradılmasına aid layihələrin həyata keçirilməsini dəstəklədiyimizi bildiririk.
4. Razılıq hissi ilə bildiririk ki, Xəzər hövzəsinin çox böyük yataqlarını dünya və Avropa bazarları ilə birləşdirən neftin və təbii qazın mənbələrinin və nəqli yollarının şaxələndirilməsi üzrə həyata keçirilən enerji layihələri regional əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə kömək edir, rəqabət mühiti və enerji ehtiyatlarının hasilatçı ölkələri, istehlakçı ölkələri və tranzit ölkələrinin qarşılıqlı surətdə faydalı maraqlarının təmin edilməsi üçün daha əlverişli şərait yaradır.
5. Neft və qazın dünya və Avropa bazarlarına çatdırılmasını səmərəli şəkildə təmin edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan qaz kəmərlərinin müsbət təcrübəsini və uğurla fəaliyyət göstərməsini qeyd edirik.
6. Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya neft Nəqletmə Dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınmasının əhəmiyyətini etiraf edirik.
7. Karbohidrogenlərin etibarlı və təhlükəsiz nəqlinə zəruri şəraitin təmin edilməsi üçün iştirakçı ölkələrin səylərini birləşdirmək məqsədi ilə Xəzər-Qara dəniz-Baltik Enerji Tranziti Məkanının yaradılması təşəbbüslərini alqışlayırıq və bu işin davam etdirilməsinin vacibliyini qeyd edirik.
8. Krakov, Vilnüs və Kiyev enerji sammitlərinin qərarlarının həyata keçirilməsi çərçivəsində, o cümlədən yeni “Sarmatia” beynəlxalq boru kəməri müəssisəsi (BBKM) təşkilati strukturunun yaradılması və Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin istismarı üçün zəruri şərait yaradılmasına dair görülmüş təşkilati və əməli tədbirlərdən məmnunluğumuzu bildiririk.
9. Qazaxıstan neftinin Xəzər dənizindən və Azərbaycan Respublikasının ərazisindən keçməklə Avropa və dünya bazarlarına nəql edilməsi sisteminin yaradılmasına dair Xəzər regionunda görülən işləri alqışlayır və bəyənirik.
10. Neft və qazın nəqli və tranziti üçün ən əlverişli rejim yaradılması və bu işin iqtisadi səmərəsinin artırılmasının əlavə imkanlarının nəzərdən keçirilməsini davam etdirməyi zəruri hesab edirik.
11. Müvafiq nazirliklərin, baş idarələrin, yanacaq-energetika kompleksləri və neft-qaz şirkətləri rəhbərlərinin Bakı Enerji Sammiti ərəfəsində keçirilmiş görüşünün nəticələrini, eləcə də sahəvi əməkdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi, istehsal güclərinin və infrastrukturun inkişafı, enerji effektivliyi və enerjiyə qənaət sahəsində elmi-texniki informasiya və qazanılmış təcrübə mübadiləsi üzrə əldə edilmiş razılaşmaları nəzərə alırıq.
12. Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin, xüsusən qazın nəqlinə, o cümlədən, Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektoru, “Nabucco” daxil olmaqla, Gürcüstan və Türkiyə ərazisi ilə tranzitinə dair layihələrin və başqa layihələrin həyata keçirilməsi üçün tərəflərin fəaliyyətinin əlaqələndirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəldik.
13. Bu Bəyannaməyə: Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Macarıstan Respublikası, Yunanıstan Respublikası, Gürcüstan Respublikası, İtaliya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Polşa Respublikası, Rumıniya, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Ukrayna, İsveçrə Konfederasiyası, Estoniya Respublikası və Avropa Komissiyası qoşulmuşdur.
Xarici siyasət
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Xəbər Lenti
Pakistanın Baş naziri və ordu komandanı ABŞ-İran danışıqları üçün İsveçrəyə uçub
Poroşenko da Polşanın Ağ Qartal Ordenindən imtina edib
Vens: ABŞ-İran danışıqları bir neçə gün davam edə bilər
Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb
Qəbələdə ağır qəza olub, 1 nəfər ölüb
Tramp: Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq
Hindistan üç xam neft tankerinin Hörmüz boğazından keçdiyini açıqlayıb
ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var
DÇ-26: Niderland İsveçi darmadağın etdi
Polşanın qərarından sonra Kuçma və Yuşşenko Polşa ordenlərindən imtina ediblər
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb
Zelenski: Kiyev Belarus hökumətinə ölkənin müharibəyə sürüklənməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
Netanyahu və müdafiə naziri orduya Livanda "atəşi dayandırmaq" tapşırığı verib
SEPAH: Hörmüz boğazı bağlanıb
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
Münhendə yük qatarları toqquşub, ölən var
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib - FOTO
DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub
Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib
Zaqatalada su hovuzunu təmir edən kişi yanıb
DÇ-26: Niderland İsveçə qarşı
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Flora Kərimova xəstəxanadan evə buraxılıb
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Aralıq dənizində ardıcıl iki zəlzələ baş verib
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
Pezeşkianın müavini İranın 25 mlrd. dollarlıq aktivlərinin tam azad ediləcəyini bildirib
Belarus MN-in Qoşun Xidməti İdarəsinin rəisi Azərbaycana səfər edib
Sabah 36 dərəcə isti olacaq
Azərbaycan və Koreya arasında keçirilən siyasi məsləhətləşmələrin detalları açıqlanıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib - YENİLƏNİB - FOTO
Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
FHN Xızıda istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib
Kriptobirjada əsas aktivlər üzrə artım müşahidə olunub
AFP: Pakistanda baş verən iki partlayışda 7 nəfər ölüb
Ukrayna dronları Bryansk və Belqorod vilayətlərinə hücum edib: ölən və yaralananlar var
Pakistanın daxili işlər naziri Tehrana yollanıb, İran-ABŞ danışıqları müzakirə olunacaq
Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib