Bank Of Baku

Ermənilər Laçın rayonu ərazisindəki qiymətli ağac növlərini çox baha qiymətə Avropaya ixrac edirlər

Ermənilər Laçın rayonu ərazisindəki qiymətli ağac növlərini çox baha qiymətə Avropaya ixrac edirlər
# 17 noyabr 2008 08:46 (UTC +04:00)
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə İctimai Birliyindən APA-ya daxil olan məlumata görə, buna səbəb ermənilərin bu rayonun ərazilərini minalardan təmizləməsidir. Məlumata görə, ermənilər mina təmizləmək adı altında Azərbaycan qədim tarixi abidələrini məhv edirlər. Hazırda ermənilər rayonun Ermənistanla sərhəd kəndləri olan Güləbird, Cicimli və Suarası kəndlərini minalardan təmizləyirlər. Bu ərazilərdə olan Qırmızı palıd, Eldar şamı və digər qiymətli ağac növlərinin isə emal üçün doğranması nəzərdə tutulur. Adı qırmızı kitaba düşən bu ağac növləri çox baha qiymətə Ermənistandan Fransa, İngiltərə, Almaniya Hollandiyaya ixrac ediləcək. Ermənilər növbəti ildə Laçın - Kəlbəcər, İstisu - Zod - Cermuk şose yollarının çəkilişinə başlamaq niyyətindədirlər. Bununla da, Qarabağın təbii ehtiyatlarının Ermənistana daşınması prosesi daha da sürətləndiriləcək.

İctimai birlikdən Ermənistanın Laçın şəhərinin inkişafına xüsusi diqqət ayırdığını, burada xəstəxana, bank, əhəng emalı sexi, kompüter texnologiyası mərkəzi, brilyant emalı sexi, ağac emalı zavodu və digər kommunal xidmət obyektlərinin tikildiyi bildirilib. Burada məskunlaşdırılan Ermənistan, Rusiya, İraq vətəndaşlarına faizsiz kreditlər verilir, onlar bütün vergilərdən azad edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR