Bank Of Baku

NATO Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edəcək

NATO Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edəcək
# 17 noyabr 2008 10:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. NATO Parlament Assambleyasının İspaniyanın Valensiya şəhərində keçirilən payız sessiyasında Gürcüstanın ərazi bütövlüyü və bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı qətnamənin qəbul ediləcəyi gözlənilir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, artıq qətnamənin mətni NATO PA-nın bütün komitələrində dəstəklənib və sənədin qəbulu ilə bağlı hər hansı problemin baş verəcəyi gözlənilmir.

Qətnamədə Gürcüstanın Cənubi Osetiya və Abxaziya üzərindəki suveren hüquqlarının birmənalı şəkildə tanınması, bu ölkənin ərazi bütövlüyünün dəstəklənməsi nəzərdə tutulub. Sənəddə Rusiyadan 6 bənddən ibarət Medvedyev-Sarkozi planına tam əməl edilməsi, öz hərbi qüvvələrini Gürcüstan ərazilərindən – Cənubi Osetiya və Abxaziyadan çıxarması tələb olunur.

Qətnamədə yer olan daha bir önəmli məqam Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlıdır: “Dekabrda NATO üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısına tövsiyə olunur ki, Gürcüstanın alyansa üzvlüyü ilə bağlı fəaliyyət proqramına qəbul edilməsini dəstəkləsinlər”. Qeyd edək ki, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə naziri, baş nazirin müavini Georgi Bapamidze də NATO PA-nın payız sessiyasında iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR