Bank Of Baku

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 4-5-də Helsinkidə keçiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 4-5-də Helsinkidə keçiriləcək
# 17 noyabr 2008 12:56 (UTC +04:00)
APA-nın məlumatına görə, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, görüş ATƏT Xarici İşlər Nazirlərinin Helsinki toplantısı çərçivəsində baş tutacaq. O, tərəflərin yüksək səviyyədə danışıqları intensivləşdirmək niyyətində olduğunu bildirib: “Hələlik Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixini dəqiq söyləmək çətindir. Lakin bu görüş mütləq baş tutacaq. Bununla belə prosesi ləngidə biləcək arzuolunmaz halların da baş verməsi mümkündür. Bu kimi təsirləri gözdən qaçırmaq olmaz, çünki belə hallar diqqəti yayındırır. Həmsədrlər isə belə halların baş verməməsinə çalışırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR