Bank Of Baku

Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Devid Kramer siyasi partiya liderləri və hüquq müdafiəçiləri ilə görüşüb

Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Devid Kramer siyasi partiya liderləri və hüquq müdafiəçiləri ilə görüşüb
# 18 noyabr 2008 11:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kramer bu gün ölkədə fəaliyyət göstərən siyasi partiya sədrləri və hüquq müdafiəçiləri ilə görüşüb. “Azərbaycan naminə” İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, görüşdə prezident seçkiləri, həbsdə olan jurnalistlərin və siyasi partiyaların durumu müzakirə mövzusu olub. İki saata yaxın çəkən görüşdə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, görüşə Yeni Azərbaycan Partiyasının nümayəndəsi, iqtidaryönlü partiyalar, oktyabrın 15-də keçirilən prezident seçkisində iştirak edən namizədlər, o cümlədən müxalifət partiyalarının təmsilçiləri qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR