Bank Of Baku

Azərbaycan prezidenti Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentini qəbul edib
# 18 noyabr 2008 12:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Şigeo Katsunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Şigeo Katsu ölkəmizdə keçirəcəyi görüşlər barədə məlumat verib, səfər müddətində Bakıda Asiya İnkişaf Bankı tərəfindən təşkil olunan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək tədbirdə də iştirak edəcəyini bildirib.

Öz növbəsində, dövlət başçısı bu səfərin Azərbaycanın müvafiq hökumət nümayəndələri ilə görüşlər keçirmək və qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkan yaratdığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR