Bank Of Baku

“Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı təkliflər Avropa Komissiyasına təqdim olunacaq

“Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı təkliflər Avropa Komissiyasına təqdim olunacaq
# 18 noyabr 2008 14:39 (UTC +04:00)
Brüssel. Viktoriya Dementyeva - APA. Avropa Birliyinin “Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı təkliflər dekabrın 3-də Avropa Komissiyasına təqdim olunacaq. Bunu Avropa Komissiyasının Xarici Əlaqələr Departamentinin Avropa Qonşuluq Siyasəti üzrə direktoru Markus Kornaro APA-nın Brüsselə ezam olunmuş müxbirinə açıqlamasında deyib. O bildirib ki, təkliflər əsasən enerji təhlükəsizliyinin gücləndirilməsi, viza rejiminin sadələşdirilməsi və ticarətlə bağlı məsələləri əhatə edir. Bununla bağlı yekun qərar 2009-cu ilin martında nazirlərin görüşündə veriləcək. M. Kornaro 2009-cu ilin yanvar ayında Bakıya səfər edəcəyini də söyləyib.

Xatırladaq ki, Polşa ilə İsveç Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistanın iştirakı ilə “Şərq tərəfdaşlığı” təşkilatının yaradılması təşəbbüsünü irəli sürüblər. Bu il iyunun 20-də Avropa Birliyinə üzv olan 27 ölkənin rəhbərləri bu təklifi dəstəkləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR