Bank Of Baku

2009-cu ildə ATƏT-ə sədrlik edəcək Yunanıstanın xarici işlər nazirinin Cənubi Qafqaza səfərinə hazırlıq gedir

2009-cu ildə ATƏT-ə sədrlik edəcək Yunanıstanın xarici işlər nazirinin Cənubi Qafqaza səfərinə hazırlıq gedir
# 18 noyabr 2008 17:00 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2009-cu ildə ATƏT-də sədrliyin Yunanıstana keçəcəyi ilə əlaqədar bu ölkə Xarici İşlər Nazirliyində yaradılmış xüsusi işçi qrupunun rəhbəri, səfir Kolantsianosu qəbul edib. Azərbaycan XİN-dən APA-ya verilən məlumata görə, qonaq deyib ki, Azərbaycana səfərində məqsəd Yunanıstanın xarici işlər naziri Teodora Bakoyanninin gələn ilin əvvəlində Cənubi Qafqaz ölkələrinə edəcəyi səfərə hazırlıq işləri aparmaqdır. O bildirib ki, Yunanıstan ATƏT-ə sədrlik edəcəyi müddətdə Cənubi Qafqaz bölgəsinə xüsusi diqqət yetirəcək, region ölkələri arasında konsensusun əldə edilməsinə, ədalətli vasitəçiliyə çalışacaq. Diplomat ərazi bütövlüyü prinsipinin əsas tutulacağı və bu məsələnin müzakirə mövzusu olmayacağını vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların gedişi ilə maraqlanıb. Nazir Məmmədyarov isə münaqişənin sülh yolu ilə və beynəlxalq normalar çərçivəsində həllinə dair atılan hər bir addımı alqışladığını, eyni zamanda dünya ictimaiyyətinin bölgədə mövcud münaqişələrə eyni prinsipdən yanaşmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların regional münaqişələrə eyni mövqedən yanaşması beynəlxalq normaları pozan hər bir tərəfə aydın xəbərdarlıq ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR