Bank Of Baku

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclası bu ilin dekabrında keçiriləcək

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclası bu ilin dekabrında keçiriləcək
# 19 noyabr 2008 07:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası bu ilin dekabrında keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikoloz Natbiladze bildirib. Səfirin sözlərinə görə, dekabrın birinci həftəsində keçiriləcək iclasın tarixi hələlik dəqiqləşməyib: “Toplantının tarixi yaxın bir neçə günə müəyyənləşəcək. Komissiyanın iclasında ikitərəfli iqtisadi, humanitar və digər məsələlər ətrafında müzakirələr aparılacaq”.

Səfir onu da deyib ki, bu ilin sonuna qədər Gürcüstan incəsənət nümayəndələrinin Azərbaycana səfəri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR