Bank Of Baku

Səfir: “İran-Azərbaycan hökumətlərarası komissiyanın iclası ilin sonuna qədər keçiriləcək”

Səfir: “İran-Azərbaycan hökumətlərarası komissiyanın iclası ilin sonuna qədər keçiriləcək”
# 19 noyabr 2008 07:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran-Azərbaycan hökumətlərarası komissiyanın iclası bu ilin sonuna qədər keçiriləcək. APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyəti səfiri Naser Həmidi Zare bildirib. Onun sözlərinə görə, komissiyada müzakirə olunacaq məsələlərlə bağlı yeni detallar müəyyənləşdirilib: “Hər iki ölkənin Xarici İşlər nazirliklərinin alt komitələrində hazırlıq iclasları keçirilib. Həmin iclasların nəticələri toplandıqdan sonra hökumətlərarası komissiyanın yığıncağının tarixi müəyyənləşdiriləcək”.

Səfir bildirib ki, iclasın tələm-tələsik keçirilməsinə ehtiyac yoxdur: “Regionda vəziyyət yeni mərhələyə qədəm qoyub. Bu vəziyyət hazırkı məqamların da müzakirəyə çıxarılmasını zəruri edib. Hökumətlərarası komissiyanın budəfəki toplantı digərlərindən fərqlənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR