Bank Of Baku

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanda geniş ictimai müzakirələr keçiriləcək

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanda geniş ictimai müzakirələr keçiriləcək
# 19 noyabr 2008 08:21 (UTC +04:00)
İrəvan-APA. “Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində xüsusi pozitiv və mühüm əhəmiyyət daşıyır”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan Milli Təhlükəsizlik Şurasının Artur Bağdasaryan deyib. O, Azərbaycan və Ermənistanın son 14 il ərzində ilk dəfə birgə sənədə imza atmasını müsbət qiymətləndirib: “Bu sənəd münaqişənin nizamlanması formatının dəyişdirilməsinin mümkünsüz olduğunu bir daha təsdiqləyir. Bu xüsusilə vacib məqamdır. Moskva Bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin zəruriliyini ortaya çıxarıb. Gürcü-osetin münaqişəsi göstərdi ki, münaqişələrin hərbi yolla həlli mümkünsüzdür, bu əsrdə münaqişələr yalnız qarşılıqlı güzəştlə əsasında sülh yolu ilə həll olunmalıdır”. Artur Bağdasaryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanda geniş ictimai müzakirələr keçiriləcəyini bildirib: “Çünki, bu məsələdə erməni xalqı da öz sözünü deməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR