Bank Of Baku

NATO Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü dəstəkləyir

NATO Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü dəstəkləyir
# 19 noyabr 2008 08:32 (UTC +04:00)
APA-nın Brüsselə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə NATO-nun mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətinin əməkdaşı deyib ki, Türkiyə NATO-nun təcrübəli üzvlərindin biri kimi bölgədə önəmli rol oynayır: “Türkiyə bölgədəki problemlərin həllinə çalışır. NATO nəticəyə gətirib çıxaracaq bütün təşəbbüsləri dəstəkləyir. Problemlərin həllinə aparan bütün yollar qəbulolunandır”.

Azərbaycanla əməkdaşlığa da toxunan alyans təmsilçisi iki tərəf arasında məzmunlu dialoq aparıldığını söyləyib: “Azərbaycan NATO-nun qiymətli tərəfdaşıdır. Azərbaycan öhdəliklərini yaxşı yerinə yetirir – xüsusən müdafiə sahəsində”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR