Bank Of Baku

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistanı həvəsləndirməkdə davam edəcəyik

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistanı həvəsləndirməkdə davam edəcəyik
# 19 noyabr 2008 11:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali komissarı Havyer Solananın mətbuat katibi Kristina Qalla verib. O, Avropa Qonşuluq Siyasətinin belə bir əməkdaşlıq üçün əsas vasitələrdən biri olduğunu vurğulayıb: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da böyük önəm verir. Cənab Solana Ermənistan prezidentinin Brüsselə səfəri zamanı onunla Dağlıq Qarabağ məsələsini, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması problemini müzakirə edib. Avropa İttifaqı prezidentlərin noyabrın 2-də Moskvada keçirdiyi görüşü dəstəkləyir. Bu görüş Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün yaxşı impulsdur. Biz ATƏT-in Minsk Qrupunun səylərini və Rusiyanın təşəbbüslərini də dəstəkləyirik. Bundan sonra da Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini həvəsləndirməkdə davam edəcəyik”. Münaqişə zonasında Avropa İttifaqı sülhməramlı qüvvələrinin yerləşdirilməsinə gəlincə, Kristina Qalla bildirib ki, bu barədə danışmaq hələlik tezdir: “Əgər belə bir addım zəruri və xeyirli olsa, Avropa İttifaqı bu işə öz töhfəsini verməyə hazırdır”. Havyer Solananın sözcüsü qeyd edib ki, söz azadlığı bütün Qafqaz regionu, o cümlədən Azərbaycan üçün vacib amildir: “Bu məsələ ilə bağlı bütün regionda vəziyyət o qədər ürəkaçan deyil. Söz azadlığının təmin edilməsi Avropa İttifaqı ilə münasibətlərin inkişafında mühüm amillərdən biridir. Avropa İttifaqı əvvəlki kimi Azərbaycanda 3 jurnalistin həbsdə saxlanmasından narahatdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR