Bank Of Baku

Oqtay Əsədov: “Bəzi həmsədrlərin məsuliyyətsiz bəyanatları problemin həllinə xidmət etmir”

Oqtay Əsədov: “Bəzi həmsədrlərin məsuliyyətsiz bəyanatları problemin həllinə xidmət etmir”
# 19 noyabr 2008 14:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov Yunanıstanın ATƏT-dəki daimi nümayəndəsi, səfir Mara Marinakinin rəhbərliyi ilə Yunanıstan nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qəbulda O. Əsədov ölkələr arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Dağlıq Qarabağ münaqişəsinin bölgənin iqtisadi dirçəlişinə və qlobal layihələrin reallaşmasına maneçilik törətdiyini deyən O. Əsədov Azərbaycanın münaqişənin BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplər əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırıb: “Ermənistan münaqişə ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərə və prinsiplərə məhəl qoymamaqda davam edir”.

O. Əsədov problemlə bağlı Minsk Qrupunun bəzi həmsədrlərin məsuliyyətsiz bəyanatlarından da narahatlığını ifadə edib: “Bu cür bəyanatlar problemin həllinə xidmət etmir. Yaxın vaxtlarda ATƏT-ə sədrlik edəcək Yunanıstanın məsələyə obyektiv yanaşacağına, problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun, ədalətli həlli üçün səylərini əsirgəməyəcəyinə ümid edirik”.

Mara Marinakin Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərildiyini bildirib. Səfir deyib ki, ölkəsi regional münaqişələrin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR