Bank Of Baku

AŞ PA Monitorinq Komitəsində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr olub

AŞ PA Monitorinq Komitəsində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr olub
# 19 noyabr 2008 16:03 (UTC +04:00)
İclasda MK-nin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel və oktyabrın 15-də Azərbaycanda keçirilmiş seçkiləri izləmiş Komitənin digər üzvləri seçkilərlə bağlı öz fikirlərini söyləyiblər. Həmməruzəçinin APA-ya verdiyi məlumata görə, onun səsləndirdiyi fikirlər Bakıda söylədiyi fikirlərdən fərqlənməyib: “Mən bildirdim ki, texniki cəhətdən seçkilərdə tərəqqi olub, lakin cəmiyyətdə azadlıq limitləşdirilibsə, deməli orada problemlər var”. Həmməruzəçi bildirib ki, müzakirələrdə heç bir sənəd müzakirə olunmayıb. Seçkilərlə bağlı sənəd AŞ PA-nın bu ayın sonunda Madriddə keçiriləcək iclaslarında və yanvar sessiyasında müzakirə olunacaq. İclasda həmçinin həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana növbəti də səfər etməsi barədə də qərar qəbul olunub. Andres Herkelin sözlərinə görə, bu səfər fevral ayında baş tuta bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR