Bank Of Baku

Aleksey Ostrovski: “Konstantin Zatulinin fikirlərinin Rusiyanın mövqeyi ilə heç bir oxşarlığı yoxdur”

Aleksey Ostrovski: “Konstantin Zatulinin fikirlərinin Rusiyanın mövqeyi ilə heç bir oxşarlığı yoxdur”
# 20 noyabr 2008 10:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Konstantin Zatulinin Ermənistanda səsləndirdiyi fikirlər bir vətəndaş və deputat kimi onun şəxsi mövqeyidir. Bu fikirlərin nə Dövlət Duması, nə MDB işləri üzrə Komitə, nə də Rusiya Federasiyasının mövqeyi ilə heç bir oxşarlığı yoxdur”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Aleksey Ostrovski deyib.

Xatırladaq ki, komitənin sədr müavini Konstantin Zatulin keçən həftə Ermənistana səfəri zamanı Dağlıq Qarabağın de-fakto müstəqil dövlət olduğunu, hüquqi cəhətdən də tanınacağını və Azərbaycanın tərkibinə qayıtmayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR