Bank Of Baku

BMT baş katibi 10 dekabr - İnsan Hüquqları Günü münasibətilə dünya ölkələrinə müraciət edib

BMT baş katibi 10 dekabr - İnsan Hüquqları Günü münasibətilə dünya ölkələrinə müraciət edib
# 21 noyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin baş katibi Pan Gi Mun 10 dekabr - İnsan Hüquqları Günü və İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 60 illiyi münasibətilə dünya ölkələrinə müraciət göndərib. BMT-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “İkinci Dünya Müharibəsindən sonrakı məhrumiyyət və dağıntı dövründə hazırlanan Bəyannamə özündə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc yanaşı yaşama cəhdlərini əks etdirir. Bəyannamənin qəbulu tarixi əhəmiyyət kəsb edirdi. Bu gün qarşılaşdığımız problemlər də Bəyannaməni tərtib edənlərin qarşılaşdığı problemlər kimi çətindir”.

Baş katib xatırladıb ki, hələ də dünya ölkələri ərzaq çatışmazlığı və qlobal maliyyə böhranı ilə üzləşir, insanların təbiəti amansızcasına istismarı davam edir, həddən artıq çox ölkədə siyasi təqiblər mövcuddur, bu ehtiyac və təqiblərdən isə əhalinin ən həssas təbəqələri əziyyət çəkir. Onun sözlərinə görə, insan hüquqları və xüsusilə onların pozulması halları bütün dünyanı həmrəyliyə gətirməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR