Bank Of Baku

Türkiyənin bir neçə naziri dekabrın əvvəllərində Azərbaycana gələcək

Türkiyənin bir neçə naziri dekabrın əvvəllərində Azərbaycana gələcək
# 24 noyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın əvvəllərində Türkiyənin bir neçə naziri Azərbaycana səfər edəcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, 30 noyabr-1 dekabrda xarici işlər naziri Əli Babacan Bakıda rəsmi səfərdə olacaq. Dekabrın 3-də mədəniyyət və turizm naziri Ərtoğrul Günay Azərbaycana işgüzar səfərə gələcək. İki günlük səfərin məqsədi Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin konfransında iştirak etməkdir.

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım dekabrın 4-də TRACECA-nın Bakıda keçiriləcək toplantısına qatılacaq. Türkiyənin ticarət məsələləri üzrə dövlət naziri Gürşad Tüzmən isə dekabrın 4-6-da Bakıda keçiriləcək Azərbaycan-Türkiyə iqtisadi forumunda iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR