Bank Of Baku

İranın Qərbi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edib

İranın Qərbi Azərbaycan vilayətinin valisi Naxçıvana səfər edib
# 25 noyabr 2008 06:36 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Rəhim Qurbaninin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında (MR) işgüzar səfərdədir. APA-nın məlumatına görə, Naxçıvan MR Ali Məclisində keçirilən görüşdə Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbov İranla muxtar respublika arasında olan münasibətlərdən danışıb.

Ali Məclis sədri bildirib ki, hazırda hər iki bölgənin universitetləri , gənclər və idman nazirlikləri, sahibkarlıq və mədəniyyət sahələri üzrə əlaqələr inkişaf edir. İran İslam Respublikasında keçirilən müxtəlif iqtisadi və mədəni tədbirlərdə Naxçıvan MR-dən olan nümayəndə heyətlərinin iştirakını yüksək dəyərləndirən V. Talıbov 2007-2008-ci illərdə İİR-in Qərbi Azərbaycan vilayətinin Xoy şəkər fabriki ilə bağlanmış müqavilə əsasında 35 min ton şəkər çuğundurunun təhvil alındığını, bu il də müqavilə əsasında yetişdirilən şəkər çuğundurunun qonşu ölkəyə göndəriləcəyini deyib.

V. Talıbov balıqçılıq təsərrüfatlarında birgə əməkdaşlığın inkişaf etdirildiyini bildirərək, artıq Naxçıvan MR ərazisində İİR-in Qərbi Azərbaycan vilayətindən olan iş adamı ilə qızıl ala balıq yetişdirilməsi layihəsinin həyata keçirilməsinin tamamlandığını, hazırda bu sahədə damazlıq balıq növünün artırılmasının davam etdirildiyini qeyd edib. V.T alıbov təhsil, turizm, ekologiya və digər sahələrdə də birgə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayaraq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

İİR-in Qərbi Azərbaycan vilayətinin valisi Rəhim Qurbani də öz növbəsində ikitərəfli əlaqələrdən, görülən işlərdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR