Bank Of Baku

Xəzər İbrahim: “İnanmaq istərdik ki, Türkiyə ilə Ermənistan arasında qurulan münasibətlər regionda sülh və sabitliyə gətirib çıxaracaq”

Xəzər İbrahim: “İnanmaq istərdik ki, Türkiyə ilə Ermənistan arasında qurulan münasibətlər regionda sülh və sabitliyə gətirib çıxaracaq”
# 25 noyabr 2008 09:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “İki ölkə arasında hansısa münasibətlərin qurulması o dövlətlərin öz hüququdur”. Bu sözləri APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, diplomatik münasibətlərin bərpasına münasibət bildirərək deyib.

Diplomat əlavə edib ki, Türkiyənin mövqeyi hər zaman birmənalı olub - Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qüvvələrini çıxarmalıdır: “Biz inanmaq istərdik ki, qurulan münasibətlər, yaranan əlaqələr Ermənistanın bu şərtləri yerinə yetirməsinə gətirib çıxaracaq, regionda sülh və sabitlik bərpa olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR