Bank Of Baku

Almatıda “Qazaxıstan-Azərbaycan: qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq forum keçirilib

Almatıda “Qazaxıstan-Azərbaycan: qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq forum keçirilib
# 25 noyabr 2008 11:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Almatıda “Qazaxıstan-Azərbaycan: qarşılıqlı əlaqələr və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq forum keçirilib. Tədbiri Qazaxıstan Prezidenti yanında Qazax Strateji Araşdırmalar İnstitutu (QSAİ), Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (ASAM) və Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu təşkil ediblər. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, ASAM-ın direktoru Elxan Nuriyev çıxışında bildirib ki, Xəzər Azərbaycan və Qazaxıstanı ayırsa da, heç bir sərhəd eyni maraqları və istəkləri olan dövlətləri və xalqları ayıra bilməz. QSAİ-nin direktoru Bulat Sultanova isə Qazaxıstanla Azərbaycan arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinə diqqət çəkib: “Qədim tarixi əlaqələri olan bu iki dövlət ümumi iqtisadi, müdafiə, humanitar və informasiya məkanı kursunun qorunmasına çalışırlar, onlar təhlükəsizliyin və sabitliyin möhkəmlənməsində, bir-birinin çiçəklənməsində eyni dərəcədə maraqlıdırlar”.

Dəyirmi masa iştirakçıları iki ölkənin regional və qlobal təhlükəsizliyin təminatı, ticarət və energetika, həmçinin Xəzər regionunda əməkdaşlığına dair məsələləri müzakirə ediblər. Dəyirmi masaya Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və ekspertlər də qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR