Elmar Məmmədyarov İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşüb
23 iyun 2010 22:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İranın iqtisadiyyat və maliyyə naziri Seyyid Şəmsəddin Hüseyni ilə görüşüb. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib. Məlumatda bildirilir ki, iranlı nazir İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının Bakıda keçirilməsinə görə Azərbaycan tərəfinə öz dərin təşəkkürünü bildirib.
S. Ş Hüseyni iki ölkə arasında iqtisadi, sığorta, ticarət və gömrük əlaqələrinin daha da artmasının zəruri olduğunu bildirib. «İranla Azərbaycan arasında olan ticarət məsələlər hazırda qane edici deyil. İqtisadiyyat və bank sahəsində olan məsələləri gücləndirməli və bu sahədə nəzərdə tutulmuş layihələrin icrasını tezləşdirməliyik», deyə iranlı nazir vurğulayıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu görüşdə iki tərəfli əməkdaşlıqların artırılmasının zəruriliyini vurğulayaraq hazırkı iqtisadi, gömrük və bank sistemi əlaqələrinin qane edici olmadığını bildirib. O gələcəkdə iki ölkə arasında dəmir yolunun açılmasının həm iqtisadi, həm də digər sahələrə müsbət təsir edəcəyini deyib.
Görüşdə iki ölkənin əlaqələrinin daha da inkişafına dair bir sıra məsələlər müzakirə edilib.

Xarici siyasət
Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
17:01
28 may 2024
Gürcüstanın səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib
15:16
28 may 2024
XİN: Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir
13:45
28 may 2024
Türkiyə MN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
13:04
28 may 2024