Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha iki qərar açıqlayacaq
23 fevral 2012 11:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Fevralın 28-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı daha iki iş üzrə qərarını açıqlayacaq. APA-nın xəbərinə görə, iddiaçı Abbas Musa oğlu Atakişi 2005-ci il parlament seçkilərində namizədliyini irəli sürdüyünü, lakin seçiciləri pulla satın almaq və rəqiblərini təhqir etməkdə günahlandırılaraq namizədliyinin qeydə alınmadığını bildirərək Avropa İnsan Haqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü maddəsində nəzərdə tutulan azad seçki hüququnun pozulduğunu bəyan edib.
Digər iddiaçı, qəsdən adamöldürmə ittihamı ilə məhkum olunmuş və hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən 1957-ci il təvəllüdlü Çingiz Əmirmirzə oğlu Paşayev isə pis saxlanma şəraiti və lazımi tibbi xidmət göstərilmədiyi üçün tuberkulyoza yoluxduğunu bildirib. Ç. Paşayev bu barədə şikayətinə məhkəmələrdə onun iştirakı olmadan baxıldığını və bununla da ədalətli mühakimə hüququnun pozulduğunu iddia edərək AİHM-ə müraciət edib.

Xarici siyasət
Türkiyə Milli Təhlükəsizlik Şurası: Azərbaycan-Ermənistan danışıqlarının sülhü təmin edəcək razılaşma ilə nəticələnməsini arzulayırıq
21:31
28 may 2024
Gürcüstan XİN başçısının müavini: "Regional sülh üçün azərbaycanlı həmkarlarımızla var gücümüzlə işləyirik" - MÜSAHİBƏ
21:17
28 may 2024
Olena Kondratyuk: "Azərbaycan 28 Mayı beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qeyd edir"
21:04
28 may 2024
Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
20:43
28 may 2024