“Evronest” Parlament Assambleyasının sosial komitəsinin İrəvanda keçirilən iclasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qarşıdurma yaranıb
23 fevral 2012 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, “Evronest”in sosial komitəsinin iclasında azərbaycanlı və erməni deputatlar arasında ciddi qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb millət vəkili Azay Quliyevin çıxışı olub. Azay Quliyev çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, 1 milyona yaxın qaçqının olduğunu bildirib, müharibənin Azərbaycana vurduğu ziyandan, Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb. Bu çıxış erməni deputatları özündən çıxardıb. Onlar bunu Azərbaycanın təbliğatının növbəti mərhələsi adlandırıblar. İclasın təşkilatçısının müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Qeyd edək ki, Milli Məclis üzvləri hazırda İrəvandadırlar. Ermənistan kütləvi informasiya vasitələri iclasda iki ölkənin millət vəkilləri arasında qarşıdurmaya geniş yer veriblər.
Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024