Türkiyə Silahlı Qüvvələri Ermənistan sərhədi yaxınlığında hərbi təlimlər keçirib - FOTO
24 fevral 2012 07:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, ordunun çətin qış şəraitində döyüş qabiliyyətini artırmaq məqsədi daşıyan təlimlərin son günündə prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı Abdulla Gül, baş nazirin müavinləri Bülənt Arınç və Bəşir Atalay, müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nejdət Özəl və digər rəsmi şəxslər iştirak edib.
Tanklar, hərbi təyyarələr və hərbi helikopterlərin cəlb olunduğu təlimlərdə şərti düşmən hədəflərinə əsl döyüş patronları, mərmilər və raketlərdən atəş açılıb. Təlim 20 dərəcə şaxtanın olduğu 1900 metr yüksəklikdə keçirilib. A. Gül türk ordusunun imkan və qabiliyyətindən qürur duyduğunu bildirib: “Bölgədə sülh və sabitliyin olması bizim ən böyük arzumuzdur. Lakin atalarımızın da dediyi kimi, sülh istəyirsənsə müharibəyə hazır olmalısan. Bəzilərinin yanlış addım atmasını əngəlləmək üçün qüdrətli orduya sahib olmaq lazımdır. Ən çətin şərtlərə və hər cür təhlükəyə qarşı hazırlıqlı olmaq, ölkəmizin, millətimizin müdafiəsi üçün yaxşı təlim keçmək zəruridir”.
A. Gül 1-ci Dünya Müharibəsi zamanı – 1915-ci ildə Qarsın Sarıqamış zirvəsində 90 min türk əsgərinin donaraq öldüyü faciəni də xatırladıb: “Bu bölgədə baş verən Sarıqamış olayını və şəhidlərimizi unutmaq mümkün deyil. O zamankı komandirlərin xatirələrini oxumuşam. Çox təsirləndim. Amma bu gün 1,5 metr qarda türk əsgərinin hərəkətlərini izlədikdə tarixdən dərs aldığımızı gördüm”.

Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024